TƏBİB: Sağalanlarla bağlı daha da böyük rəqəmlərə nail olacağıq

“Ölkəmizdə koronavirus xəstəliyi üçün tətbiq olunan müalicə protokolları beynəlxalq təcrübəyə əsaslanır”.

Yenicag.az xəbər verir ki, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“İnanırıq ki, qarşıdakı həftələrdə koronavirusdan sağalanlarla bağlı daha da böyük rəqəmlərə nail olacağıq”, – deyə R. Bayramlı bildirilib.