!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB və BNA birləşdi – Koronavirusa görə - FOTOLAR

!Reklam – Yazi

Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri çərçivəsində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Nəqliyyat Agentliyi (BNA) aksiya keçirib.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, Nəqliyyat Könüllüləri mərkəzin ərazisində sərnişinlərə birliyin hazırladığı broşürlər paylayıb.

Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.

Eyni zamanda, Hava limanı ekspres avtobuslarında TƏBİB tərəfindən hazırlanmış kliniki sağlam olan, lakin COVID – 19 virus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr əks olunan bukletlər paylanılıb.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv