Təbii fəlakət nəticəsində ölənlərin sayı 250 nəfəri ötdü

İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 250 nəfəri ötüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 252 nəfər ölüb, 377 nəfər xəsarət alıb.

Məlumata görə, 31 nəfər isə indiyədək itkin düşmüş hesab olunur.

Qeyd edək ki, İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır.