Təbii və texnogen mənşəli hadisələr zamanı ölənlərin sayı açıqlandı

Fövqəladə Hallar Nazirliyi 2021-ci ilin 9 ayı üçün statistik məlumatı açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, 2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ümumilikdə 13231 təbii və texnogen mənşəli hadisə baş verib.

Hadisələr zamanı 36 nəfərin həyatı xilas edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 17 nəfər və ya 89% çox deməkdir. Həmçinin, hesabat dövründə baş vermiş hadisələrlə bağlı FHN-in qüvvələri tərəfindən 496 nəfər təxliyyə edilib ki, bu da ötən illə müqayisədə 113 nəfər və ya 30% çoxdur.

Bu ilin 9 ayı ərzində baş vermiş təbii və texnogen mənşəli hadisələr zamanı ümumilikdə 36 nəfər, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz daha az insan həyatını itirib. Həmçinin, 159 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hesabat dövrünün təhlili onu göstərir ki, baş verən hadisələrin böyük əksəriyyəti insan faktorunun rol oynadığı texnogen mənşəli hadisələrin, xüsusilə yanğınların payına düşür. Ona görə də Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə diqqətli olmağı, böyük faciələrə yol aça biləcək hadisələrin qarşısını vaxtında almaq üçün məsuliyyətli davranaraq təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir.