!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbii yağı saxtadan seçmək üçün 3 sadə üsul - VİDEO

!Reklam – Yazi

Ən çox istifadə olunan məhsullardan biri olan yağ kütləvi şəkildə saxtalaşdırılır.

Belə süni yağın əsas hissəsini palma və ya kokos yağı, müxtəlif kimyəvi qatqılar təşkil edir. Təbii ki, belə yağ nəinki orqanizmə heç bir fayda vermir, əksinə sağlamlığa ziyan vurur.

Bəzən belə saxta yağlar çox “ustalıqla” hazırlanır və xarici görünüşünə və qoxusuna görə onları təbii yağla səhv salmaq mümkündür. Bu halda ev şəraitində çox sadə testlərdən istifadə etməklə yağın saxta olub-olmadığını müəyyən edə bilərsiniz.

1. Stəkana qaynar su töküb suya yağın bir tikəsini salın. Təbii yağ bərabər şəkildə əriyin və suya qarışır. Süni yağ isə dərhal kiçik tikələrə ayırmağa başlayır.

2. Yağı masanın üstündə saxlayın ki, ərisin. Təbii yağ bərabər şəkildə əriyir, həmcins sarı maye əmələ gəlir və xoş qoxu verir. Süni yağ isə əriyəndə içində kiçik dənəciklər olan suya oxşayan maye əmələ gəlir və bu maye spesifik, təbii yağa bənzəməyən qoxu verir.

Həmçinin təbii yağ əriyəndə onun üzərində su damcıları əmələ gəlmir, marqarinin üzərinəd isə əmələ gəlir.

3. Yağı buzxanada dondurun. Buzxanadan çıxmış yağ çox çətinliklə tikələrə bölünür və ovulur. Süni yağ isə asanlıqla tikələrə kəsilir./Saglamolun/

 

www.yenicag.az

12322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv