!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbriz - Bakı reysi təxirə salındı - Quşlara görə

!Reklam – Yazi

Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, İranın ATA Hava Yollarına məxsus təyyarə Təbrizin hava limanından Bakı istiqamətinə uçuşa hazırlaşarkən kapitan mühərrikdən qeyri-adi səsin gəldiyini duyub və mühərrikin yoxlanılmasını istəyib. Yoxlama zamanı məlum olub ki, mühərrikin yerləşdiyi bölməyə bir neçə quş girib.

Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib.

(Azərtac)

www.yenicag.az

1139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv