Dekabrn 9-u Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya, Şərqi Azərbaycan əyalətinin Təbriz, Üskü, Xosroşah, Səhənd və Binab şəhərlərinin məktəblərində tətil elan edilib.
Yenicag.az xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin yerli bölmələri məlumat yayıb.
Bildirilib ki, hava çirkliliyinin şiddətlənməsi, havada çirkləndiricilərin konsentrasiyasının artması və bunun insanların sağlamlığına təhlükə doğurmasına görə məktəblər bağlanıb.