Təbrizdə azərbaycanlı qadın idmançı həbs olundu

Molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib.

Yenicag.az “Azad İran” “Telegram” səhifəsinə istinadla xəbər verir ki, idmançı və alpinizm üzrə təlimatçı olan Məlihə Bəniəsəd dekabrın 18-də Təbrizdə öz iş yerində rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Hələlik azərbaycanlı idmançı qadının həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilmir.