Təbrizdə milli küçə teatrı festivalının açılışı oldu

Bu gün Təbrizin Elgölü parkında “Təbrizim” adlı küçə teatrı festivalının açılış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Təbrizin başçısı Yunis Fateh açıqlama verib.

“6-cı “Təbrizm” Küçə Teatr Festivalı 27-29 oktyabr tarixlərində 10 əyalətin teatr qruplarının və 250 sənətçinin iştirakı ilə keçiriləcək”, – məlumatda bildirilib./kult.az