Təbrizli qadın dünya rekordunu yenilədi – 12 tonluq avtomobili çəkdi – VİDEO

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük avtomobilini 30 metr çəkərək dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Yenicag.az-ın məlumatına görə, Giti Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını çəkərək avstraliyalı qadının rekordunu yeniləyib.

Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını çəkərək dünyanın ən güclü qadını kimi Ginnesin rekordlar kitabına düşüb.

1 tondan artq çəki ilə avstraliyalı qadının rekordunu yeniləyən Musəvi bildirib ki, 6 ay öncə bunu etsə də, mobil telefonla çəkildiyi üçün bu, qəbul olunmayıb.

Təbrizli qadın gələcəkdə 12-15 tonluq təyyarəni çəkməyi arzu etdiyini deyib./Trend/