Təcavüz etdikləri 14 yaşlı məktəblini döyə-döyə öldürdülər – FOTOLAR

14  yaşlı məktəbli bir qrup kişi tərəfindən amansızca qətlə yetirilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İrlandiyada baş verib. Anastasiya Kriqel adlı məktəbli dərsə getmək üçün evdən çıxıb. Lakin bir müddət sonra polislər tərk edilmiş taxta evdə onun cəsədini tapıblar. Məlum olub ki, o, çubuq, daş və kərpiclərlə döyülərək öldürülüb. Tibbi ekspertizada isə onun bir qrup kişi tərəfindən təcavüzə uğradığı üzə çıxıb. Polis hazırda qıza təcavüz edənlərin DNA örnəkləri ilə cinayətkarları axtarır.

Qeyd edək ki, Anastasiya Yutub sosial şəbəkəsində olduqca aktiv idi. Ona qarşı zorakılıq tətbiq edənlərin də məhz sosial şəbəkədəki izləyiciləri olduğu ehtimal olunur.

COP29