Təcavüzdə günahlandırılan Ronaldonun yeni ifadəsi ortaya çıxdı: “Dəfələrlə olmaz dedi” – VİDEO

Kathryn Mayorga adında amerikalı qadın 2009-cu ildə Ronaldonun Las Vegasda bir oteldə ona təcavüz etdiyini iddia etmişdi. 

Yenicag.az xəbər verir ki, Almanniyanın “Der Spigel” jurnalı hadisənin ardından 2009-cu il sentyabr ayında Ronaldonun hadisə ilə bağlı verdiyi ifadəni ortaya çıxarıb.

İfadəyə görə Ronaldo “o gecə nələr olduğu” sualına belə cavab verib:

“Onunla birlikdə olduq. Əslinda istəmədiyini söyləyirdi, lakin hərəkətləri bunun tam tərsini ifadə edirdi”.

İfadənin ardında deyilir ki, Ronaldo əməlinə görə gənc qadından üzr istəyib.

Vəkilin “Sən nə dedin, o nə dedi?” sualını cavablandıran Ronaldo bildirib:

“Yeni tanış olduğumuz üçün birlikdə olmağımızın uyğun olmayacağını dedi. Ama buna rəğmən məni təşviq etdi”.

COP29