TƏCİLİ: Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi

Ermənistan və Azərbaycan Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq barədə razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

O qeyd edib ki, dəmir yolu hissəsinin işə salınması ilə bağlı yekun konsensus var: “Bütün tərəflər bildiriblər ki, bu, hazırkı mərhələdə yaxşı və mümkün həll yoludur. Həmçinin, hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır”.

Qriqoryan əlavə edib ki, blokun açılması prosesinin Arazdəyən-Mehri-Horadiz dəmir yolunun fəaliyyətinin bərpası ilə başlaması ilə bağlı çox mühüm konsensus var ki, bu da çox konkret və başa düşüləndir: “Hesab edirəm ki, kommunikasiyaların Rusiya Federasiyasının suverenliyi altında olacağına dair yekun anlaşma var. Bu, üçtərəfli işçi qrupunun bütün üzvlərinin (Azərbaycan, Ermənistan və Rusiya Federasiyası – Red.) fikirləridir”.

COP29