!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Təcili evlənin, yoxsa…” - Sosioloqdan BƏDBİN PROQNOZ

!Reklam – Yazi

“Təcili toy edib, evlənmək lazımdır. Pandemiyanı gözləmək lazım deyil, virusun biri qurtarıb, o biri başlayır. Sadəcə olaraq, yeni toy modeli olmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış sosioloq Əhməd Qəşəmoğlu pandemiyaya görə təxirə salınan toy məclislərindən danışarkən deyib.

Sosioloq gənclərə çağırış edib:

“Toy etmək mümkündür. Heç kimə nikahı qadağan etməyiblər. Nikahınızı kəsdirin, ailənizi qurun. Amma insanlar bunu etmirlər, çünki təmtəraqlı toy etmək niyyətindədirlər. Həm də ən əsası budur ki, vaxtilə gedib toylara pul salıblar, indi də o pulları yığmaq istəyirlər. Buna görə də pandemiyanın sona çatmasını gözləyirlər. Amma o cur toylar bir də olmayacaq, bunu birdəfəlik bilmək lazımdır. Gözləməyin xeyri yoxdur, dediyim kimi, virusun biri qurtarıb, o biri başlayacaq. Təmtəraqlı ziyafətləri yığışdırmaq lazımdır. Əsas üstünlüyü rəqs meydançasına vermək lazımdır. Məhdud sayda insanlar gəlib əylənsin, rəqs etsin, kim istəyir yemək yesin, kim istəyir yeməsin. Masa üzərində əvvəlki kimi ceşid-ceşid yeməklərə ehtiyac yoxdur. Mən İranda bir toy məclisində oldum, masa üzərində su və limonadlardan başqa heç nə yox idi. Rəqs meydançası vardı və toya gələnlər rəqs edib şənlənirdilər.

Mətbəxdə işləyən insanların sağlamlığına da nəzarət etmək lazımdır. Çünki pandemiya dönəmində tibbi qaydalara riayət etmək çox vacibdir”.

Sosioloq həyəcan təbili də çalıb:

“Əgər toylar bu qədər ləngisə, nəticə yaxşı olmayacaq. Ölkədə doğulan uşaqların da sayı azalacaq. Nişanlı gənclər arasında ayrılıqlar da mümkündür”.

Cəvahir

www.yenicag.az

2114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv