Təcili tibbi yardım əməkdaşları döyülüb

Təcili tibbi yardım əməkdaşları döyülüb.

Yeniçağ.Az xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib. Ağır xəstəlikdən əziyyət çəkən xəstənin qohumları təcili tibbi yardım çağırıblar. Çağırışa 17- saylı tibb yarımstansiyasının əməkdaşları gəliblər.

77 yaşlı dializ xəstəliyindən əziyyət çəkən şəxsi həkimlər müayinə edən zaman onun öldüyünü bildiriblər. Bundan əsəbləşən qohumlar təcili tibbi yardım əməkdşlarını döyməyə başlayıblar.

Nəticədə təcili tibbi yardımın həkimi Hacıyev Rizvan Rüfət oğlu və bir xanım əməkdaşı xəsarətlərlə xəstəxanaya gətirliblər. Ona tibbi yardım göstərilib. Xəstəxanadan çox saylı xəsarətləri olan həkimlərinm həyatı üçün təhlükə olmadığı bildirilib.

Faktla əlaqədar Binəqədi rayon Polis iDarəsində Araşdırmalara başlanılıb.

Yeniçağ.Az

COP29