Təcili tibbi yardım maşını qəzaya uğradı

Samux rayonunda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zazalı ərazisində qeydə alınıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatı araşdırılır.