Təcili yardım maşını qəzaya düşdü: Ağır yaralılar var – VİDEO

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib./ONA/