Təcili yardım maşını qəzaya düşdü – Hərbçilər yaralandı

Bakıda-təcili-yardım-maşını-qəza-törədib-400x267Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə saat 22:20 radələrində baş verib.

Belə ki, “VAZ -2107” markalı avtomobillə təcili yardım maşını toqquşub. Qəza zamanı “VAZ -2107” avtomobilinin sürücüsü və 2 hərbçi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.