İsrail ordusunun Livanın cənubunda təcili yardım maşınlarını hədəf alması nəticəsində 8 tibb işçisi həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas əl-Ebyad açıqlama yayıb.
İsrail ordusunun təcili yardım maşınlarını hədəf aldığını deyən Ebyad İsrail ordusunun təcili yardım maşınında ölən tibb işçilərinin “cənazələrini qaytarmaqdan imtina etdiyini” bildirib.
Ebyad beynəlxalq ictimaiyyəti öz öhdəliklərini üzərinə götürməyə və vəzifələrini yerinə yetirməyə çağırıb. Onun sözlərinə görə, oktyabrın 2-də İsrailin hücumları başlayandan bəri Livanda 55 xəstəxana vurulub.
55 hücumdan 36-nın birbaşa xəstəxanaları hədəf aldığını bildirən Ebyad 8 xəstəxananın bağlandığını açıqlayıb.
İsrail daha əvvəl Livan Qızıl Aypara Cəmiyyətinə bağlı təcili yardım maşınlarının və bir çox digər Livan xəstəxanalarının “Hizbullah üçün silah və əsgər daşıdığını” iddia edib və bu hərəkətlərin davam edəcəyi təqdirdə təcili yardım maşınlarını vuracağını bildirib.
Livan rəsmiləri İsrailin iddialarını açıq şəkildə təkzib ediblər.
Nəsimi Ələsgərli