Təcili: Zərdab İcra Hakimiyyətinin şöbə müdiri və iki məmur həbs olunaraq Bakıya gətirildi

Təqribən 1 saat öncə Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

Yerli sakinlərin Avropa.info-ya verdiyi məlumata görə, Əhmədov Sahid Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.

Əhmədov Sahidlə yanaşı bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.