Stilist Samiraldo tədbirlərin birində fotokameramıza poz verib.
Görünüşü və stili ilə meydan oxuyan Samiraldo bu dəfə də fərqlənib.
Yenicag.az-a açıqlama verən stilist görünüşündəki dəyişiklikdən də danışıb:
“Qarnımda liposaksiya (piysovurma əməliyyatı) olunub, yəqin bunu görünüşümdəki gözəlliyimdən hiss etdiniz. İndi qamətim daha yaraşıqlı görünür. Üzümdə-gözümdə heç bir əməliyyat etdirməmişəm, nəyim var özümündür. Maşallah, boy məndə, buxun məndə. Bu gözəlliyə rəng qatan da stilimdir. Çantamı görürsünüz yəqin, brenddir. Qiyməti də çox bahadır. Mənim çantamdan heç xamımlarda yoxdur”.
Cəvahir
Foto:Cəmalə