Reklam

Reklam

150902085718__85314749_polarbeartwoRusiyanın ucqar bölgəsində, Şimal Qütbündə tədqiqat aparan metereoloqlar ağ ayıların mühasirəsinə düşüb.

Yenicag.az xəbər verir ki, Rusiyanın Vaygaç adasındakı Fyodorov Metereologiya İnstitutunun yanında var-gəl edən iki ayı bir-birilə boğuşduğu üçün tədqiqatçıların araşdırması yarımçıq qalıb.

Yanan məşəllərlə ayıları qorxutmağa çalışsalar da buna nail ola bilməyiblər. Tədqiqat qrupu olayla bağlı Rusiya hökumətinə yardım üçün müraciət edib.

Qeyd edək ki, ağ ayılar Rusiyanın Murmansk bölgəsindən Çukotkaya qədər uzanan geniş ərazilərdə məskən salıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 100
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."