Tədris mərkəzindən oğurluq edən şəxs saxlanıldı

Bakıda tədris mərkəzindən oğurluq edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində iki ədəd kompüter, iki ədəd monitor, iki ədəd görüntü kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

COP29