Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil müəssisələrində tədris proqramının dərs ili başa çatmadan bitməsinə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında üç il bundan əvvəl ölkə ərazisində dərs ili müddətinin iki həftə uzadılmasını xatırladıb.
Nazir bildirib ki, bununla bağlı həmin müddət üçün tərtib olunan dərsliklərin, eləcə də müəllimlər üçün metodiki vəsaitin hamısı 34 dərs həftəsi üçün hesablanıb:
“Hələ dərs ilinin uzadılmasından əvvəl hazırlanan dərsliklərlə bağlı Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayaraq bütün rayon təhsil şöbələrinə, həmçinin məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verilmişdi./Report/