“Təfəkkür” Universitetinin sabiq rektorunun cəzası qüvvədə qaldı

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişçisi, keçmiş rektor Müşfiq Atakişiyev, icraçılar – Samir Quliyev və Dəyanət Quliyevin apellyasiya şikayətlərinə baxılıb.

Yenicag.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri verilmiş cəzaların qanunauyğun olduğunu elan edilblər.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib. M. Atakişiyev, S. Quliyev və D. Quliyevin hər biri haqda 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qanuni qüvvəyə minib.

Qeyd edək ki, hadisə 13 il əvvəl – 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb./unikal

COP29