TƏHLÜKƏ: Qırmızı dənizdəki bütün canlılar MƏHV OLA BİLƏR

 

Qırmızı dənizdəki bütün canlılar təhlükə altındadır.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “IFLScience” yayıb.

Belə ki, fevralın 18-də husilər dənizə gəmi əleyhinə ballistik raket atıb. Nəticədə Britaniyaya məxsus Beliz bayraqlı yük gəmisi “Rubymar” batıb.
Gəmi təxminən 21.000 metrik ton ammonium sulfat gübrəsi daşıyırdı.

İndi ekoloqlar Qırmızı dənizin “ekoloji böhranla” üzləşdiyindən qorxurlar.

Ətraf mühit qrupları deyirlər ki, həddindən artıq gübrələrin ətraf suları basması, neft və kimyəvi çirkləndiricilərin sızması yerli dəniz həyatına təsir edəcək.

“Greenpeace” Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Julyen Jreyssatinin sözlərinə görə, vəziyyət təcili müdaxilə tələb edir və çox tezliklə böyük ekoloji böhrana çevrilə bilər.

Mühərriklərdən mazut sızması ehtimalı da var və gəminin gövdəsi bir az da zədələnərsə, yerli suları minlərlə ton gübrəyə məruz qoyacaq.

Nəticədə, gübrələr Qırmızı dənizə düşə və dəniz ekosistemlərinin tarazlığını poza bilər.

Vəziyyət həm də Yəməndəki vəziyyət görə pisdir. Çünki indiki vaxtda okeanın təmizlənməsi insanların həyatı üçün təhlükə yaratmadan sadəcə mümkün olmaya bilər.

Qırmızı dəniz Avropa və Asiya arasında əsas ticarət yolu olan Süveyş kanalına “qapı” rolunu oynayır. Oradan çoxlu sayda dəniz tranziti keçir.

Ekoloqlar son dərəcə narahatdırlar ki, gəminin batması ekoloji böhranın başlanğıcı ola bilər və nəticədə Qırmızı dənizdəki həyatın çox hissəsi sadəcə məhv ola bilər.

Xuraman Etibarlı

COP29