!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhlükəli ərazidə yerləşən evlər necə sənədləşdiriləcək? - Açıqlama

!Reklam – Yazi

 İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov son günlər ən çox müzakirə olunan məsələlərə münasibət bildirib.

Yenicag.az iqtisadçı ekspertin verdiyi cavabları təqdim edir.

– Qeydiyyatsız evlər sənədləşdiriləcəkmi?

– Azərbaycan Prezidentinun sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı problemin həll edilməsi ilə bağlı tapşırığından sonra bu məsələ ilə əlaqədar formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur. Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi. Təklif etdiyimiz mexanizm ilə bağlı isə son həftələr fərqli işə məsul dövlət qurumlarında görüş və müzakirələrimiz olub. Əvvəlla, bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin. Bizim konsepsiyasında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır.

– Rüsumların artırılmasının iqtisadi əsasları varmı?

– Ötən həftə Parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi olub. Bu layihədə diqqəti cəlb edən bir sıra məqamlar var. Əvvəlla, 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Maraqlıdır ki, turizimin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş viza üçün izah edilməsi çətin olan məbləğdə viza rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda biz müddəti 2.5 dəfə az olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif ediirik. Bu təbii ki, turizmin inkişafına birbaşa əngəldir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0.1 faiz artım olub. Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarını izah olunması mümkün deyil. Bu rüsumdan dövlət büdcəsinin də ciddi qazancı olmayacaq. Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək. Başqa tərəfdən, məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3 000 manat rüsum təklif olunur. Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya və ya güzəştli kredit təklif edir, biz isə yüksək rüsumlar ilə yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki, məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik. Nəzarətin artırılması ilə belə müəssisələrin sayının çoxalması bu sahədə daha keyfiyyətli xidmətin təklif olunmasına imkan yarada bilər.

– Problemli kreditlər ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yanında yaradılan Apellyasiya Komissiyasın edilən müraciətlərə niyə cavab verilmir?

– Qeyd edək ki, mövcud qaydalara əsasən, komissiya 30 iş günündə müraciətləri cavablandırmalıdır. Yəni 30 gün deyil, 30 iş günü ərzində müraciətlərə baxılır. Bu baxımdan, hər bir müraciətçi ərizəsini təqdim etdiyi günü nəzərə almaqla nə zaman palatadan cavab alacağını müəyyənləşdirə bilər. Müraciətlərə cavab hətta kompensasiyalar verilib qutardıqdan sonra gəlsə də belə bu problem yaratmır. Çünki müraciətinə müsbət cavab verilmiş kreditorlar üzrə kompensasiya ödənişi həyata keçiriləcək. Yəni, kompensasiyaların verilməsinin bu ayın sonu başa çatmasına baxmayaraq Apellyasiya Komissiyası hər hansı bir probemli kreditə ödəniş edilməsi ilə bağlı iyun ayında qərar qəbul edərsə o ödəniş həyata keçiriləcək. Bütövlükdə proses ilin sonunadək tamamlanacaq. Komissiya müraciətə mənfi cavab verərsə o zaman vətəndaşın o qərardan məhkəməyə müraciət hüququ var. Bu o deməkdir ki, komssiyanın qərarı son mərhələ deyil.

www.yenicag.az

6383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv