Təhlükəli İŞİD əmiri yaxalandı  – Yaralanaraq ələ keçirildi

Tunisun qərbində yerləşən Kassarin vilayətinin dağlıq bölgəsində İŞİD-in məşhur terrorçularından biri yaxalanıb.

Yenicag.az xəbər verir ki, İŞİD-ə bağlı “Cund əl-Xilafə” qrupunun komandirlərindən olan Burhan əl-Bulabi yaralandıqdan sonra ələ keçirildi.

Tunis hərbi qüvvələri ilə döyüşən Bulabinin Sidi Bu Zeyd və Kassarin vilayətləri arasındakı əl-Məğilə dağını özünə məskən edən terrorçuların əmiri olduğu bildirilir.

Məğilə əmirinin dünyadakı ən təhlükəli terrorçulardan biri olduğu açıqlanıb.

COP29