Təhlükəsiz İnternet Media Mərkəzi quruldu

Türkiyədə Təhlükəsiz İnternet Media Mərkəzi (TTİMM) qurulub.

Yenicag.az xəbər verir ki, Türk İnternet Media Birliyinin (TİMBİR) tərkibində qurulan TTİMM “TOBB UYUM” ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

TİMBİR ilə TTİMM arasında əməkdaşlıq protokolu imzalanıb. İmza mərasimində TİMBİR sədri Süleyman Basa, “TOBB UYUM”un icraçı direktoru Onur Yüksəl və hər iki tərəfin əməkdaşları qatılıblar.

Qeyd edək ki, TTİMM özündə mütəxəssisləri və hüquqçuları birləşdirərək kommunikasiya sahəsində fəaliyyət göstərəcək. Bununla dezinformasiya ilə mübarizə aparılması planlaşdırılır.

Qeyd edək ki, TTİMM-in Baş katibi TİMBİR sədrinin müavini Cüneyd Altıbarmaqdır.

COP29