“Təhlükəsizlik kameralarının sayı artırılsın“ – Millət vəkili

Fazil Mustafaya qarşı təşkil edilmiş terrorda iştirak etmiş cinayətkar dəstənin üzvləri ifşa edildi.
Bu məsələdə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Bu kimi hadisələrin müəyyən edilməsi ilə bağlı şəhərdə təhlükəsizlik kameralarının sayının artırılmasını təklif edirəm.

Yenicag.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, təhlükəsizlik kameraları insanları mümkün cinayətlərdən sığortalamış olar.