Təhlükəsizlik tədbirləri necə təmin olunur? – Polisin işinə bu əməkdaşlar cəlb edilir

“Dünyanın heç bir ölkəsində polis öz fəaliyyətini ictimaiyyətin dəstəyi olmadan qura bilməyib”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda təhlükəsizliyin necə təmin olunduğu barədə fikirlərini səsləndirən “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə ictimai təhlükəsizliyin təmin olunması, eyni zamanda sabitliyin qorunmasında Azərbaycan polisinin danılmaz rolu var.

“Hətta Azərbaycanda təmin edilən təhlükəsizlik inkişaf etmiş ölkələrə nümunə olacaq səviyyədədir. Dünya əhəmiyyətli COP-29 tədbirinin də Azərbaycanda keçirilməsi bunun göstəricisidir. İstər böyükmiqyaslı, istərsə də kiçimiqyaslı, ümumilikdə yanaşdıqda isə kütləvi hal alan tədbirlərin keçirilməsinə hər zaman mülki formada polis əməkdaşları cəlb edilir. Yanaşı olaraq, ictimai dəstəyə də ehtiyac hər zaman var. Kənar dedi-qodulara əhəmiyyət vermədən polisin ətrafında birləşmək lazımdır. Dünyanın heç bir ölkəsində polis öz fəaliyyətini ictimaiyyətin dəstəyi olmadan qura bilməyib, bilməyəcək də”, – deyə .

Nəsimi Ələsgərli

COP29