!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhlükəsizlik və rabitə haqda qanunlar dəyişir

!Reklam – Yazi

2c97fcbea54ebAzərbaycanda son günlər təhlükəsizlik sferası və rabitə sahəsində baş verən hadisələrlə əlaqədar müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məsələsi gündəmə gəlib.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib ki, təhlükəsizlik, dövlət sirrinin qorunması və bundan irəli gələn məsələlər, eləcə də bu mövzuların mətbuatda işıqlandırılması forması ilə bağlı dövlət başçısının müvafiq sərəncamı var və bundan irəli gələrək qanunvericiliyə əlavə və dəyişikliklər hazırlanıb.

Milli Məclisdə bu məsələnin müzakirəyə çıxarılacağını söyləyən S. Novruzov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin və bunlarla əlaqədar olaraq rabitə sisteminin möhkəmləndirilməsinə dair əlavə və dəyişikliklərdir: “Yeni parlamentdə bu məsələlərin müzakirəyə çıxarılması planlaşdırılıb. Məqsəd qeyd olunan sahələrin gücləndirilməsidir. Bu sahədə qanunazidd əməllərə qarşı Cinayət Məcəlləsindəki müvafiq maddələrin sərtləşdirilməsi də nəzərdə tutulub”.

S. Novruzov qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacağını deyib: “Çünki təhlükəsizliyin əsas istiqamətlərindən biri elə rabitə sistemidir”(APA).

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv