“Təhminə” obrazı ilə sevilən türk aktrisa Meral Konrat 30 ildən sonra yenidən Azərbaycan filmində rol alıb.
Yenicag.az xəbər verir ki, bu barədə aktrisa öz instaqram hesabında məlumat verib. O qeyd edib ki, “Elçilik” adlanan ekran işinə çəkilb.
Həmçinin layihədə müğənni Xatun, aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı, aktyorlar Niftulla Əsgərov, Teymur Məmmədov və Firuzə Balayeva da rol alıb.