“Azərbaycanda oynamaq istədiyim bir rol var. Bu, tarixi bir obrazdır. Azərbaycanın tarixini, onun qədimiliyini göstərən, təbliğ edən bir serial və filmdə rol almaq istərdim. Hətta bir müddət əvvəl “Xocalı” qətliamı ilə bağlı layihə var idi. O məni çox həyəcanlandırmışdı. Belə rol təklifi gələrsə, sevərək oynayaram. Çünki mən dramatik rolların aktrisasıyam. Mənim işim dramdır”.
Yenicag.az xəbər verir ki, bunu türkiyəli aktrisa Meral Konrat deyib.
O əlavə edib:
“Fəxrəddin Manafov əsl kino adamıdır. Görün sənətini, işini o qədər çox sevir ki, kino günündə dünyaya gəlib. O mənim köhnə dostumdur. Təbrik edirəm, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm. İllər sonra Fəxrəddinlə Ankarada Rasim Ocaqovun 90 illik yubiley tədbirində bir araya gəldik. Köhnə dostların görüşməsi möhtəşəm oldu”./moderator.az/