!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təhqirə görə ən ciddi cəzalar verilməlidir” – Azay Quliyev

!Reklam – Yazi

azay_guliyev_231116“İstər həqiqi, istərsə də sax­ta pro­fil­lər vasitəsilə so­si­al şə­bə­kə­lər­də kimlərisə təh­qir etmək yol­ve­ril­məz­dir”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Cinayət Məcəlləsinə “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə” maddəsinin əlavə edilməsinə münasibət bildirərkən deyib.

A.Quliyev bildirib ki, müasir dövrdə kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı “Feysbuk”, “Tvitter”, “Yutub”, “İnstaqram”, “Linkedin” və s. kimi sosial şəbəkələrin geniş yayılması informasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Yalnız “Feysbuk” sosial şəbəkəsinin istifadəçilərinin sayı hazırda dünyada 1,8 milyarda, ölkəmizdə isə 1,5 milyona yaxındır. Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında internet azadlığına görə ən qabaqcıl yerlərdən birini tutur. Ancaq təəsüflər olsun ki, hazırkı dövrdə sosial şəbəkələrdən cinayət xarakterli əməllərin törədilməsi məqsədilə də istifadə olunması halları mövcuddur və belə hallar artmaqdadır. Belə ki, sosial şəbəkələr vasitəsilə müxtəlif vətəndaşlara, o cümlədən ali dövlət qurumlarında vəzifələr tutan şəxslərə qarşı təhqiramiz və şər-böhtan xarakterli yazıların yayılması tendensiyasını müşahidə etməkdəyik”.

A.Quliyev əlavə edib ki, istər həqiqi, istərsə də sax­ta pro­fil­lər vasitəsilə so­si­al şə­bə­kə­lər­də kimlərisə təh­qir etmək, onların işgüzar nüfuzuna xələl gətirmək, şan­taj və böhtan yolu ilə nəyəsə nail olmağa cəhd etmək yol­ve­ril­məz­dir: “Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda biz görürük ki, sosial şəbəkələrdə müəyyən dini-ekstremist, separatçı çağırışlar da edilir”.

Deputat vurğulayıb ki, bu gün bu cür qanuna, əxlaqa və mənəviyyata zidd hallara təkcə sosial şəbəkələrdə deyil, “reket” mətbuatda da tez-tez rast gəlinir: “Ümumiyyətlə, hesab edirəm ki, yaradılmış şəraitdən, mətbuat və internet azadlığından sui-istifadə edilməsi qətiyyən yolverilməzdir və bunun qarşısı hüquqi yollarla alınmalıdır. Bu əməlləri törədənlər bilməli və əmin olmaldırlar ki, onların belə qanunsuz hərəkətlərinin ciddi hüquqi nəticələri olacaq. “Reket” fəaliyyəti ilə məşğul olan “mətbu orqanlar” çox şərəfli tarixə və peşəkar ənənələrə malik Azərbaycan mediasına böyük ləkədir.

Onu da deyə bilərəm ki, belə zərərli tendensiyanın qarşısını almaq məqsədilə bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin qanunvericiliyində müvafiq dəyişikliklər edilməsi, yəni cəzanın daha da sərtləşməsi ilə bağlı addımlar atılır. Misal üçün, bu yaxınlarda İtaliya Senatına təqdim olunmuş qanun layihəsi ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin şərəf və ləyaqətini təhqir olunmasına, onlara qarşı şər və böhtan xarakterli yazılara görə jurnalistin 6 ildən 9 ilə qədər həbs cəzasına məhkum olunmasını nəzərdə tutur”.

A.Quliyevin fikrincə, bu cəhətdən Azərbaycan qanunvericiliyində bu cür əməllərin aradan qaldırılması məqsədi ilə dəyişikliklərin edilməsi, tən­zim­lən­mə mexanizminin işə salınması vacibdir: “Düşünürəm ki, bu günlərdə Baş pro­ku­ror Za­kir Qa­ra­lovun bu məsələ ilə bağlı Ci­na­yət Mə­cəl­lə­si­nə 148-1-ci (İn­ter­net in­for­ma­si­ya eh­ti­ya­tın­da sax­ta is­ti­fa­də­çi ad­lar, pro­fil və ya he­sab­lar­dan is­ti­fa­də edə­rək böh­tanat­ma və ya təh­qiret­mə) maddənin əla­və edil­mə­si ilə bağ­lı Mil­li Məc­li­sə tək­lif­lər la­yi­hə­si təqdim etməsi vətəndaşların mənafeyinə xidmət edir. Qanuna müvafiq dəyişiklik təklifi qəbul ediləndən sonra sosial şəbəkələrdə saxta profillər yaradaraq insanları təhqir edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması asanlaşacaq və zaman ötdükcə belə mənfi hallar aradan qalxacaq”.(Trend)

 

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv