!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehran görüşü yekunlaşdı: Putin, Ərdoğan və Ruhanidən mühüm AÇIQLAMALAR

!Reklam – Yazi

Bu gün Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran Prezidenti Ruhaninin iştirakı ilə Suriya sammiti keçirilib.

Yenicag.az xəbər verir ki, sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani Suriyanın terrorizmə qarşı müqavimət göstərməyə davam edəcəyini bildirib:

“Suriyada terrorizmlə mübarizənin ən effektiv yolu Dəməşqdəki qanuni hökumətlə əməkdaşlıq etməkdir”.

Ruhani həmçinin qeyd edib ki, İran Suriyada mövcudluğunu qoruyub saxlayacaq.

“Biz həm İdlibdə əməliyyat aparmalı, həm də elə etməliyik ki, bölgənin əhalisi zərər çəkməsin”.

“ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir. Bu, Suriyada sülhün əldə olunmasına maneə yaradır. İsrail də Suriya ərazisini tərk etməlidir”, – İran prezidenti qeyd edib.

***

Rusiya Prezidenti Vladimir Putin İdliblə bağlı bildirib ki, İdlibdə terrorçular provokasiyalar hazırlayır:

Onun sözlərinə görə, ən təhlükəli məqam təxribatlarda kimyəvi silahlardan da istifadə olunmasıdır.

Putin Suriya ərazisinin 95%-nin beynəlxalq terrorizmdən azad edildiyini, 15 min nəfərin artıq öz evinə qayıtdığını söyləyib.

Rusiya prezidenti davamlı humanitar tədbirlərlə suriyalıların evlərinə qaytarılmasına tərəfdar olduğunu vurğulayıb:

“Suriya probleminə dair daha əvvəl keçirilmiş iki zirvə görüşünün qərarları uğurla həyata keçirilir. Ölkədəki vəziyyətin sabitləşməsi istiqamətində xeyli irəliləyiş var”.

***

Türkiyə artıq qaçqın qəbul etmək gücündə deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən Suriya zirvəsində çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki,  Türkiyə Suriyadan 4,5 milyon miqrant qəbul edib.

“Biz artıq Suriyadan qaçqın qəbul etmək gücündə deyilik”.

“İdlib sadəcə Suriyanın siyasi gələcəyi üçün deyil, milli təhlükəsizliyimiz, bölgənin sülh və tərəqqisi baxımından da həyati önəmə sahibdir. ABŞ-ın bölgədə terror qruplaşmalarını gücləndirməsindən narahatıq. Bu, ABŞ-ın etibarının sınanacağı son fürsətdir.

Rus və iranlı dostlarımıın İdlibdəki təhlükəsizliklə bağlı qayğılarını anlayırıq. Oxşar qayğılar ən azı sizlər qədər bizi də narahat edir. Dostlarımızın bu səylərimizdə bizə dəstək olmasını gözləyirik. Məsələni Astana ruhuna uyğun şəkildə həll etməyi hədəfləməliyik”, – Ərdoğan bildirib.

www.yenicag.az

1856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv