Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıb.
“Polisin öz hüquqları uğrunda mübarizə aparan insanlara fiziki güclə cavab verməsi yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiya prinsiplərinə ziddir” – deyə etirazçılar narazılıqlarını dilə gətirib.
Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.