İranın paytaxtı Tehranda növbəti etiraz aksiyaları baş qaldırıb.
Yenicag.az xəbər verir ki, bu gün baş tutan nümayişlərdə polislərlə etirazçılar arasındakı toqquşmalar 3 nəfərin ölümü ilə nəticələnib.
İran polisinin sözçüsü Səid Müntəzirulməhdinin verdiyi rəsmi məlumata görə, ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb. Artıq insidentdə iştirak edən həmin şəxslərin hamısı həbs olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.