Tehranda girov saxlanan azərbaycanlının dəhşətli fotoları-KÖMƏK EDİN!

big_1457526781_1456587235_aaaa-1

Tehranın Rəsul Əkrəm Xəstəxanasında ağır cərrahiyyə əməliyyatı keçirən 23 yaşlı Orxan İmaməliyev gənc yaşlarından əlil arabasına möhtac qalıb. Bu barədə onun anası Fəridə İmaməliyeva İnterpress.az-a danışıb.

Hazırda Tehranda olan ailənin maddi durumu çox ağırdır. 20 min dollarlıq cərahiyyə əməliyyatından sonra ailənin durumu daha da ağırlaşıb. Belə ki, Tehranın Rəsul Əkrəm Xəstəxanasında əməliyyat olunan gəncin səhhəti babatlaşsa da onlar bu məbləği ödəyə bilmədikləri üçün növbəti daha böyük problemlə üzləşiblər. Ailə Azərbaycana dönə bilmir. Çünki xəstəxanaya 6 min dollar borcları qalıb.

F.İmaməliyeva İran həkimlərinin onlara göstərdiyi hədsiz qayğıdan və sevgidən çox təsirləndiyini deyir: “Dəfələrlə bu xəstəxanada olmuşuq. Bu dəfə Azərbaycandan gəldiyim 6 ay oldu. Orxana 20 min dollarlıq əməliyyat etdilər. 14 minin İran hökuməti ödədi. Lakin 6 min dollar borcumuz qaldığı üçün pasportlarımızı alıb Azərbaycana dönə bilmirik. Mən bir əməliyyat pulu üçün 27 dəfə Həcc ziyarətində olan sabiq deputat Qalib Salahzadədən mətbuat vasitəsi ilə xahiş etdim. Lakin o, söz versə də heç bir köməklik etmədi”.

Bu ailəyə yardım edib, onu əziz gündə, qarşıdan gələn Novruz Bayramında yolunu gözləyən iki azyaşlı balasına qovuşdurmaq istəyən hər insan aşağıldakı hesaba pul köçürməklə bir ailəni dardan qurtarmış olar:
AZ20JBBK000038
01000000634918
Şirinova Fəridə Bəhram qızı
Bank of Baku

Hörmətli oxucular, Fəridə İmaməliyeva ilə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989374479115; 00989190776841
Qeyd edək ki, Orxan İmaməliyev 1 yaşındaykən atasını itirib. O, 18 yaşındaykən keçirdiyi avtomobil qəzasından sonra bu günə qədər dəfələrlə əməliyyat olunsa da sağlamlığını tam bərpa etmək mümkün olmayıb. Onun müalicəsi ancaq Almaniyada mümkündür. Ən dəhşətlisi isə odur ki, ailə illərlə müalicə pulu üçün banklardan kredit götürüb və son dərəcə ağır duruma düşüblər.