Tehranda HƏMAS liderinin dəfn mərasimi keçirilir

Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmail Haniyənin dəfn mərasimi başlayıb. 

Yenicag.az İran KİV-lərinə  istinadən xəbər verir ki,  mərasim Tehran Universitetində keçirilir.

Xatırladaq ki, HƏMAS lideri və onun mühafizəçisi ötən gün Tehranda sui-qəsd nəticəsində öldürülüblər.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbərinin ölümündən sonra İran İslam Respublikası hökuməti 3 günlük ictimai matəm elan edib./unikal

COP29