İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb.
Yenicag.az xəbər verir ki, Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, zirvə görüşündən öncə prezidentlər arasında ikitərəfli görüşlər də keçirilib.