İran hakimiyyəti Tehranda terror aktlarının törədilməsi ilə əlaqədar daha 6 nəfərin saxlanıldığını açıqlayıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Bundan öncə “Tasnim” agentliyi İran kəşfiyyatının Tehranda terror aktlarını planlaşdırmış şəxsi öldürdüyü barədə məlumat yayıb.
Qeyd edək ki, iyunun 7-də 4 nəfər qadın paltarında İran parlamentinə, 1 nəfər isə Xomeyni mavzoleyinə hücum edib. 5 terrorçu məhv edilib, mavzoley yaxınlığında 2 terrorçu yaxalanıb. Terror aktları nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb.