Tehranın QORXUSU: Zəngəzur dəhlizi, yoxsa Azərbaycan-Türkiyə-Pakistan ittifaqı?

Tehran Respublikasının (İran mediasının Bakı Cumhuriyyəti yazmalarına cavabən,Tehran Respublikası. N.C)Azərbaycanla sərhəddə hərbi təlimlər keçiməsinin səbəbləri yavaş-yavaş gün üzünə çıxmağa başlayır.

Tehran rejiminin 27 sentyabr 2020-ci ildə “Dəmir Yumruq”adı altında Azərbaycanın 30 il işğalda olan torpaqlarını azad etmək üçün başlatmış olduğu Vətən müharibəsi zamanı sərgilədiyi ermənipərəst mövqe açıq şəkildə ortada idi.

Tehran rejimi 44 gün işərisində Rusiya ilə birlikdə işğalçı Ermənistanı silahlandırmaq üçün,açıq şəkildə tər tökməkdə idilər. Xatırlayırsınızsa,Kremli ağır yük daşıyan təyyarələrlə İrəvana silah və sursatın çatdırılmasında yaşadığı əngəlləri,Tehran Respublikası vasitəsi ilə quru yolu ilə həyata keçirməyə başlamışdı.O dövürdə Tehran Respublikasından Ermənistana hərbi texnikaların daşınması ilə bağlı videoları yəqin ki,heç kim unutmayıb.

44 gün davam edən və 10 noyabrda Ermənistanın kaputuliyasiya aktını imzalaması ilə başa çatan müharibədən sonra,Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilən rayonların inkişafı istiqamətində,dost və qardaş ölkələrin dəstək təklif edəcəkləri təqdirdə,bunu müsbət qarşılayacağını bəyan etmişdi.Azərbaycan prezidenti bu prosesdə Cənub qunuşumuzun da iştirak etmək niyyətində olacağı təqdirdə,bunu xoş bir şəkildə qarşılayacağımızı da diqqətə çatdırmışdı.

Amma deyəsən Tehran rejimi Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən bir o qədər də sevincli görünmür. Çün ki,Azərbaycanının öz ərazi bütövlüyünü bərpa etməsi,işğaldan azad olunan torpaqlarda sülhün və tərəqqinin gəlməsi,mollakratlara,xüsusən də Azərbaycana düşmənçilik münasibəti bəsləyən,dindoşlara sərf eləmir.

Zəngəzur dəhlizi Tehranı niyə belə qəzəbləndirir?

Tehran Respublikasının Azərbaycana və Türkiyəyə qarşı davamlı hədyanlar yağdıran qəzetlərindən olan “Farhikhtegan”qəzetində dərc olunan və Azərbaycan Respublikasının prezidentinin karikaturası verilməklə yayımlanan məqalədə Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunulub.

Fars şoviniziminin əsas təbliğat maşınlarından hesab edilən bu qəzetin şovinist yazarlarından Seyid Mehdi Talebinin imzası ilə yayımlanan məqaləyə diqqət yetirmək yetərlidir.

Öz aləmində Azərbaycanın 44 günlük Vətən müharibəsinə fars-erməni ağlı ilə yorum gətirən Mehdi Talebi qeyd edir ki,Qarabağda 44 günlük müharibə uğurla başa çatdıqdan sonra, Qarabağı qanunsuz işğal edən erməni milislərinin (Diqqət edin Ermənistan Silahlı Qüvvələri sözünü işlətmir. N.C) məğlubiyyətindən sonra, Azərbaycan regional güclərlə toqquşmaya səbəb ola biləcək ambisiyalar axtarır: “Qeyd etmək lazımdır ki, Qafqazda dini və irqi mənsubiyyəti olan qrupların olması səbəbindən Qafqazdakı böhran, Rusiyanın paytaxtı da daxil olmaqla, Rusiyanın digər bölgələrinə də tez təsir edə bilər. İran son günlərdə zirehli maşınlar və toplar da daxil olmaqla ağır texnika ilə birlikdə bir neçə hərbi hissəni şimal -qərb sərhədlərinə göndərərək bölgəni hərbi təlimlər yerinə çevirdi. Bu təlimlər İranın şimal -qərbində yerləşən birliklər arasında koordinasiya yaratmaq, habelə Qafqazda yaranan düşmən oxa təhdid mesajı göndərmək üçün keçirilir. Tehran ən yüksək səlahiyyətliləri vasitəsi ilə Qafqazda heç bir sərhəd dəyişikliyinə dözməyəcəyini və buna sərt reaksiya verəcəyini açıq şəkildə bildirdi. Bu arada, Qafqazda gərginliyin olduğu kimi qalacağına, yoxsa hal -hazırda olduğu kimi, qaynar müharibəyə doğru irəliləyəcəyinə baxmaq lazımdır”. Diqqət etdinizsə, “Bu təlimlər İranın şimal -qərbində yerləşən birliklər arasında koordinasiya yaratmaq, habelə Qafqazda yaranan düşmən oxa təhdid mesajı göndərmək üçün keçirilir. Tehran ən yüksək səlahiyyətliləri vasitəsi ilə Qafqazda heç bir sərhəd dəyişikliyinə dözməyəcəyini və buna sərt reaksiya verəcəyini açıq şəkildə bildirdi”-qeyd olunması nə deməkdir?

Yəni Ermənistan üçtərəfli anlaşmanın şərtlərindən biri olan Zəngəzur dəhlizinin həyata keçməsinə yaşıl işıq yandıracağı və yaxut da yandırmayacağı təqdirdə Tehran Respublikası “Qafqazda heç bir sərhəd dəyişikliyinə dözməyəcək və buna sərt reaksiya verəcək”-deyilməsi Tehranın qarnının əsas ağrısı olduğunu açıq-aşkar ortaya qoymuş olur. Yəni Azərbaycanın təziqləri altında olmuş olsa belə Tehran bu yolun Azərbaycan və Türkiyənin nəzarəti altında olmasın həzm edə bilməz deməkdi.

Amma Tehran Respublikası 30 il idi ki, müsəlman Azərbaycanın torpaqlarını işğal edilməsinə,Azərbaycanla-Tehran Respublikası arasında sərhəddin işğalı yolu ilə dəyişdiyinə göz yumurdu. Niyə 30 il ərzində bir dəfə də olsun molakratiyanız “Sərhəddin o tayında,torpaqları işğal olan,insanları didərgin salınan məmnim müsəlman bacı və qardaşlarımdı”-demədi?

Bu gün Tehranın qarnının ağrısı, Zəngəzur dəhlizinin açılmasıdı.Tehran rejimi bu dəhlizi ona görə özünə təhlükə görür ki, Zəngəzur dəhlizinin açılması ilə, Tehrana qarşı embarqoların daha da ağırlaşacağını düşünür.Çün ki,Tehran rejimi, məhz Ermənistan vasitəsi ilə bu günə kimi tədbiq olunan embarqolardan yayınaraq hərəkət etməkdədir.İstər xarici valyutanın dövrüyəyə salınması olsun,istər nefit satışı.Tehran rejimi hesab edir ki,Zəngəzur dəhlizinin açılması,Azərbaycan və Türkiyənin dəhlizə nəzarəti ölkə üçün cidid sıxıntılardı.Elə Seyid Mehdi Talebinin məqaləsində də bu açıq şəkildə qeyd olunmaqdadır. Məqalədə Türkiyənin rolunun vurğulanması isə onu göstərir ki,Tehran rejimi Türkiyənin varlığını həzm edə bilmir: “Türkiyənin Qafqaza və dolayısı ilə Orta Asiyaya çıxışı üç Şərq gücünə tolerantlıq üçün yer buraxmır və əsasən Türkiyənin cənubi Ermənistanın işğalı ilə Azərbaycana quruda çıxış əldə etməsi çox böyük və çətin bir oyunun başlanğıcı olacaq”. Tehran rejimin təbliğat maşını Zəngəzur dəhlizinin açılmasını,Ermənistanın cənubunun Türkiyə tərəfindən işğal kimi dəyərləndirməsi isə,Ermənistandakı siyasi qüvvələrə açıq bir mesajdı.Yəni əgər Zəngəzur dəhlizi açılarsa,bu Türkiyənin Orta Asiyaya çıxışı olacaq və Türkiyə regional böyük bir gücə çeviriləcək.Yəni Ermənilər buna əngəl olsalar,bu güc kimi İranı göstərməyə işarə edilir. Rejimin təbliğat maşınına görə,Zəngəzur dəhlizi təkcə Azərbaycanın,ayrılmaz bir hissəsi olan Naxçıvanla kamunikasiya xətlərinin açılması olmayacaq, Tehran davamlı olaraq beynəlxalq embarqolara məruz qoyan ABŞ-nın Türkiyə vasitəsi ilə Rusiyaya yaxınlaşması kimi görür:

“İran ABŞ -ın bölgədəki səylərinin mərkəzindədir. İran təkcə özlüyündə vacib deyil, həm də ABŞ -ın qitənin şərqini və Rsiyanı mühasirəyə almaq üçün Mərkəzi Asiyaya keçməsinə qarşı bir qaladır. İran coğrafiyasını Qərbə vermədən Çin və Rusiya nəzarət altına alına və mühasirəyə alınmayacaq. İran isə ABŞ -ın Orta Asiyaya keçməsini əngəlləməklə yanaşı, Vaşinqtonun Qərbi Asiyadakı varlığını gücləndirməsini də əngəlləyir və Afrikadakı təhdidləri də Qərbə təsir edə bilər. Bu səbəbdən ABŞ-ın yeni Qarabağ böhranına da əks olunan əsas məqsədlərindən biri İrana zərər verməkdir. Qafqaza müdaxilə planlayıcıları baxımından onların bu hərəkəti İrana bir neçə zərbə ola bilər”.

Düşünə bilirsinizmi ki,Zəngəzur dəhlizi bu mollakratları necə bir vəlvələyə salıb.Halbu ki,Tehran rejimi özü bu dəhlizdən beynəlxalq transmilli kamunikasiya sistemlərinə qoşula bilər.Amma Amerika qorxusu,Türk xofu bu fars-molla rejiminin beynini tamamilə darmadağın etməkdədir.Bu azmış kimi, molla rejimi Zəngəzur dəhlizinin açılmasını,Güney Azərbaycanda azadlığa və rejimə qarşı oyanışı kimi də dəyərləndirir.Rejimin şovinist qəzetinin yazarı iddia edir ki,Qərb dizaynerləri baxımından, ermənilərlə rəqabətdə Azəri (Hal bu ki,Güney Azərbaycandakı soydaşlarımız özlərini Azəri deyil,Azərbaycan türkləri deyə bəyan edirlər. N.C.) duyğularını oyadan Dağlıq Qarabağ kimi bir böhran İran azərilərini də təhrik edə bilər və onları Rusiya və Ermənistan əleyhinə şüarlarla Azərbaycan və Türkiyəni dəstəkləməyə cəlb edə bilər. Bu da Tehranda şimal -qərb bölgələrində (Güney Azərbaycan nəzərdə tutulur)separatizmin yayılması üçün (Siz oyanış deyə oxuyun) qorxu və narahatlıq yaradacaq”. “Farhikhtegan”qəzeti yazarının Zəngəzur dəhlizinin açılması ilə bağlı daha bir qorxusu isə belədir:

“ Türkiyə ilə Azərbaycan arasındakı əlaqə və cənubi Ermənistanın işğalı İranın (siz Tehran Respublikası oxuyun)Qafqaza çıxışını tamamilə itirməsinə səbəb ola bilər və bununla da İranın şimalında Tehranın keçməsinə heç bir açığı olmayan çətin bir sərhəd yarada bilər.ABŞ-Türkiyə eksenli layihələri Qafqazda uğur qazansa, bu layihənin Xəzər dənizində və Orta Asiyada davam etməsi səbəbindən belə bir hərəkət İranın diqqətini bu iki bölgəyə və eyni zamanda Qafqaza tez bir zamanda çəkəcək; Tehranın iqtisadi böhran dövründə Qərbi Asiyaya diqqət yetirmə qabiliyyətini azaldan bir məsələ. Biri Azərbaycanın müttəfiqi, digəri Əfqanıstanda hökm sürən Talibanın müttəfiqi olan Türkiyə ilə Pakistanın birlikdə yaşaması Tehranda mühasirə qorxusu oyada bilər”.

Sonunda “Farhikhtegan”qəzeti yazarı Tehran rejiminin bütün qorxusunun Türkiyə-Pakistan-Əfqanıstan və Azərbaycan ittifaqı olduğunu uzun-uzadı,nala-mıxa vura-vura bəyan etməli oldu.

Bəli Tehran rejimi son bir neçə ay ərzində istər Pakistandan,istərsə də Əfqanıstanda hakimiyyətə gələn Talibandan aldığı mesajlardan ciddi qorxu içərisindədir. Əgər yaxın gələcəkdə Azərbaycan-Türkiyə və Pakistan üçlüyünə Əfqanıstanın da qoşulması baş versə,fars-molla rejimi üçün bu ən böyük qorxudu.

Nahid Canbaxışlı