Təhsil eksperti kimlərdir? – İki günlük təlimin NƏTİCƏLƏRİ

Ötən gündən start verilən “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təhsil ekspertləri üçün təlimlər bu gün də davam etdirilib.

Azərbaycan Texniki Universitetinin inzibati binasında fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzindəki təlimlər Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Təlimlərdə Azərbaycanda təhsil eksperti kimi fəaliyyət göstərən və ölkə mediasında çıxış edən əksər şəxslər iştirak edib.Təlimçilər isə Türkiyənin məşhur təhsil adamları, SODİMER rəhbəri, professor Levent Eraslan və Niğde

Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal olublar.

İki gün davam edən təlimə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova moderatorluq edib.

O, qeyd edib ki, burada əsas məqsəd təhsil ekspertlərinin təhsillə bağlı müvafiq qurumlar, qanunverici orqan, sosial şəbəkələr, media və xarici təcrübə ilə necə işləməli olduqları barədə suallara cavab tapılmasıdır.

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı təhsil mütəxəssisə TVlərinin media ilə birlikdə fəaliyyətinin əhəmiyyətindən söz açıb.

SODİMER rəhbəri, professor Levent Eraslan təhsil ekspertləri üçün “Təhsil eksperti necə olmalıdır?” mövzusunda müzakirələr keçirib.

Professor qeyd edib ki, təhsil sahəsində olan yeniliklər və qəbul edilən qərarlar sürətli xarakter daşıdığından təhsil üzrə mütəxəssislər media ilə sıx və doğru şəkildə əlaqədə olmalıdırlar.

L. Eraslan bütün olayların xəbər kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayıb:

“”Hər olay xəbərdirmi?”, – deyə özümüzə sual verməliyik. Yanlış informasiyaların sürətli şəkildə yayılması problemi dünyada olduğu kimi Türkiyədə də var. Dezinformasiyaların həqiqət kimi paylaşılmasında sosial şəbəkələrin rolu böyükdür. Bu kimi xəbərlər ajiotaja səbəb olur. Təhsil ekspertləri çalışmalıdırlar ki, belə xəbərləri rəsmi mənbələrdən dəqiqləşdirib daha sonra sosial platformalarında yayımlasınlar.

Heç vaxt unutmayaq, təhsil və hərb milli məsələdir. Bu sahələri başqa maraqlarla qarışdırmaq olmaz”.

Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal qeyd edib ki, təhsil eksperti də, təhsil jurnalisti də bir məsələyə xüsusi önəm verməlidir: “Verdiyimiz məlumat, yazdığımız informasiya ölkə üçün nə qədər əhəmiyyətlidir. Çünki təhsil stratejli sahədir. Burada hər hansı yanlışlıq ciddi fəsadlara yol açır. Əsas sual isə budur, kimlərə təhsil eksperti deyilə bilər. Ümumən təhsil eksperti ifadəsinin işlədilməsi çox yanlışdır. Kimsə təhsilin bütün sahəsi ilə bağlı tam bilgiyə malik ola bilməz. Bunu qəbul etmək lazımdır”.

Professor indiki gənclərin daha çox gəlir əldə edə biləcək sahələrə üz tutduqlarını diqqətə çatdırıb:

“Biz yaxşı oxuyan uşaqların müəllim olmasını istəyirik. Bəs yeni nəsil nəyi seçir? Onlar ən çox gəlir əldə edə biləcəkləri sahələrə üz tuturlar. Bir müəllimin əsas hədəfi 9 il (məcburi təhsil) müddətində şagirdlərə mükəmməl səviyyədə təhsil vermək olmalıdır. Belə olan halda şagirdlər hazırlıq kurslarına və repetitorlara müraciət etməkdən yayınacaqlar”.

Təhsilin müxtəlif pillələrində yaranan problemlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, hadisələrə düzgün şərhin verilməsi və maarifləndirici məlumatların hazırlanması ilə bağlı təhsil üzrə mütəxəssislər ilə geniş müzakirələr aparılıb.

Onların müvafiq sualları cavablandırılıb.

Təlimin 2-ci günündə Türkiyənin məşhur professorları “Media ilə necə əməkdaşlıq edilməlidir?”,“Şərh verərkən ekspert nələrə diqqət etməlidir?” mövzuları çərçivəsində geniş müzakirələr aparıblar.

 

Açıklama yok.

 

Professor Levent Eraslan qeyd edib ki, təhsil eksperti ilk növbədə aydın və anlaşıqlı şəkildə danışmağı bacarmalıdır:

“Onlar qarışıq və çətin mövzuları hər kəsin anlayacağı formada şərh edə bilməlidirlər.

Ekspertlər təhsillə bağlı bir mövzunu müzakirə edərkən ilk növbədə seçdikləri mövzunun nə dərəcədə əhəmiyyətli olduğunu müəyyənləşdirməlidirlər. Haqqında bəhs edilən mövzunun ictimai əhəmiyyəti nə qədər çox olarsa, həmin ekspertin fikirləri də bir o qədər vacib xarakter daşıyar.

Professor bildirib ki, Türkiyədə ekspertlər fikirlərini 45 saniyədə izah edirlər:

“Təhsil üzrə mütəxəssislər açıqlama və müsahibələr zamanı misal çəkərkən köhnə məlumatlara əsaslanmamalıdır. Məsələn “2021 PİSA nəticələrində….”, -deyə cümləyə başlayan ekspertin növbəti cümlələri heç kəs üçün maraqlı olmayacaq. Mütəxəssislər aktual mövzulara toxunmaqla yanaşı, gündəm yarada bilməlidirlər”.

Professorun sözlərinə görə təhsil ekspertləri təkcə mediada deyil sosial şəbəkələrdə də aktiv olmağı bacarmalıdırlar:

“Hazırda elə bir dövrdə yaşayırıq ki, hər kəsin sosial şəbəkələrə çıxışı var. İnsanlar məlumatları sosial şəbəkələr vasitəsi ilə almağa başlayıblar. Yaxşı olar ki, ekspertlər birləşərək öz media platformalarında təhsil sahəsində aktual olan mövzularla bağlı müzakilər aparsınlar”,- deyə fikrini yekunlaşdırıb.

Professor Emre Ünalın sözlərinə görə təhsil ekspertləri şərh verərkən diqqətçəkən başlıqlar verməyə çalışmalıdırlar:

“Təhsil çox geniş bir sahədir. Buna görə də təhsil ekspertləri şərh verməmişdən əvvəl düşünməlidirlər ki, mən təhsillə bağlı hansı mövzulara hakiməm?
Bir məsələyə münasibət bildirərkən mütləq şəkildə mövzu barədə ətraflı biliyə malik olmaq lazımdır”, – professor qeyd edib.

Təlimlərdə iştirak edən təhsil mütəxəssisləri:

Nadir İsrafilov

Kamran Əsədov

Adil Vəliyev

Sona Əliyeva

Nabatəli Qulamoğlu

Vüsal Kərimli

Elşən Qafarov

Şahlar Əsgərov

Şəmil Sadıq

Elnur Hacıyev

Xalidə Musayeva

Məzahir Məmmədli

Böyükağa Mikayıllı

Elvin Bədirov

Sevinc Purkeştasib

Elmin Nuri

Ramin Nurəliyev

İlham Əhmədov

Rizvan Fikrətoğlu

COP29