!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil işçilərinin nüfuzu PROBLEMİ: “Müəllimlər həmin gün məktəbə getmək istəmir”

!Reklam – Yazi

“Son 10-15 ildə müəllimlər gününü xüsusilə də təhsil idarəetmə qurumunda çalışan insanların bəzən məsuliyyətsiz bəyanatları, çıxışları, paylaşımları təhsili yerli idarəetmə orqanlarının paylaşımları elə bir vəziyyətə gətirib ki, müəllimlər hətta 5 oktyabrda məktəbə getmək istəmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər ciddi müzakirə mövzusuna çevrilən 5 oktyabr müəllim günü barədə danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Müəllimlər Günü qeyd olunur.

“Bildiyimiz kimi, 5 oktyabr beynəlxalq müəllimlər günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Müəllimlər Günü qeyd olunur. Müəllimin insan həyatındakı rolu, mövqeyi, onların fədakarlığından danışdıqca bitməz. Amma çox təəssüf ki, son 10-15 ildə Müəllimlər Gününü, xüsusilə də təhsil idarəetmə qurumunda çalışan insanların bəzən məsuliyyətsiz bəyanatları, çıxışları, paylaşımları təhsili yerli idarəetmə orqanlarının paylaşımları elə bir vəziyyətə gətirib ki, müəllimlər hətta 5 oktyabrda məktəbə getmək istəmir. Yaxud da sanki 5 oktyabr pul yığmaq üçün olan bir gündür. Düşünürəm ki, cəmiyyət olaraq, müəllimin nüfuzunu, statusunu daim qorumalıyıq. Müəllimin adına xələl gətirə biləcək hər hansı bir mövzunu qabardılması, ictimailəşdirilməsi məsələlərində ehtiyatlı olmalıyıq”, – deyə o vurğulayıb.

E.Qafarov qeyd edib ki, nə qədər bu neqativlər olsa da, bunlar edildikcə üzərində oturduğu budağı kəsən varlığa bənzərlik kimi görünəcək.

“Məktəb rəhbərləri bilməlidirlər ki, məktəblərdə pul yığılması məktəbin, müəllimin nüfuzuna mənfi təsir göstərir. Hansı məktəbdə belə hallar varsa, bu həmin məktəbin direktorundan qaynaqlanır. Müəllimdən pul yığmayan direktorun məktəbində müəllim heç vaxt pul yığa bilməz. Bu baxımdan, düşünürəm ki, bunu həddən artıq çox ictimailəşdirmək, müəllim adının üzərinə bu qədər getmək doğru deyil. Azərbaycan müəllimi nə qədər çox təbrik alsa, diqqət və qayğı ilə əhatə olunsa yenə də azdır.

Çox təəssüf ki, evində bir uşağını tərbiyə edə bilməyən insanlar sosial şəbəkələrdə müəllim haqqında çox şey yazır. Müəllim təkcə 5 oktyabrda deyil, hər gün təbrik edilməli, diqqət mərkəzində olmalıdır. Müəllimə hökmən pul verilməlidir deyə, bir şey də yoxdur. Bir çiçək, xoş söz, şagirdlərin açıqca verməsi belə, ən böyük təbrikdir. Dediyimiz kimi, tövsiyə edərdim ki, cəmiyyət olaraq, xüsusilə valideynlər, müəllimi nüfuzunu qoruyaq, müəllim haqqında ağlımıza gələn hər şeyi paylaşmayaq”, – deyə o bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv