Martın 2-də Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.
Yenicag.az xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib. Nazir həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.
Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib. Təhsil nazirinin Lənkərana səfəri davam edir.
Qeyd edək ki, Leyla Qarazadənin sosial şəbəkədə şagirdləri ilə bağlı çəkdiyi videolarla məşhurdur.