!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

!Reklam – Yazi

Mikayıl Cabbarovun ötən ay vergilər naziri postuna təyinatından sonra təhsil naziri portfeli hələ də sahibsizdir.

Yenicag.az-a daxil olan məlumata görə, strateji dövlət vəzifələri sırasında xüsusi yer tutan təhsil naziri postuna yeni namizədlərin adları dövriyyəyə buraxılıb.

Qeyd olunur ki, Cabbarovun xələfi qismində ən şanslı namizəd qismində ilk növbədə İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun adı hallanmaqdadır.

Muradovun nazir postuna namizədlər sırasında nəzərdən keçirilməsinə onun ölkənin tanınmış iqtisadçılarından biri olması və rəhbərlik etdiyi universitetdə sağlam atmosfer yaratması əsas verib.

Təhsil naziri vəzifəsinə təyinatda Muradovun əsas alternativi kimi isə Mikayıl Cabbarovun gedişindən sonra nazir əvəzi statusunda fəaliyyət göstərən Ceyhun Bayramovun adı çəkilir.

www.yenicag.az

2531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv