Təhsil nazirindən MÜRACİƏT – Maska, sosial məsafə zəruridir 

Sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər.