!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirinin gizli “HİCAB” əmri

!Reklam – Yazi

6F3R5A6C4N-23799Azərbaycan bütün dünya ölkələrinə bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Məlumdur ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının (AR) Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Bunun üçün AR Konstitusiyasının 48-ci maddəsinin 2-ci bəndinə də nəzər salmaq kifayətdir. “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.” Eyni zamanda “Dini etiqad azadlığı” haqqında Qanunda deyilir: “Valideyinlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyyə edə bilərlər.”

Hesab edirik ki, dini inancına görə başını bağlayan qadınlara baş örtüklərini açmağı məsləhət görmək və ya bu istiqamətdə onlara hər hansı bir yolla təsir etmək onların Konstitusion huquqlarının pozulması deməkdir. Azərbaycanda yaşayan bütün insanların hüquq və azadlıqlarına AR Konstitusiyası tam təminat verir.

Hicab sadəcə insanların dini inancı deyil, eyni zamanda həssas davranmadıqda, dövlət üçün çox ciddi problemlərin də səbəbi ola bilir. Məsələn, Türkiyədə uzun illər dini camaatlar olduqca yersiz hicab qadağasından əzab çəkdilər. Bundan dövlət deyil, Türkiyəni qarışdırmaq istəyənlər faydalandı. Eləcə də Azərbaycanda bir neçə il öncəki hicab qarşıdurmalarında nə dövlət, nə də yerli dindarlar heç bir şey qazanmadı, əksinə qazanan üçüncü qüvvə oldu. Doğrudur, Misir Mərdanovun təhsil naziri vəzifəsindən getməyi ilə problem demək olar ki, həllini tapdı. Bir neçə istisna olmaqla, ölkədə hicabla bağlı problem qalmadı.

maxresdefaultEyni zamanda Azərbaycan Prezidenti də rus telekanallarından birinə verdiyi müsahibədə ölkədə hicabla bağlı heç bir qadağanın olmadığını bildirmişdi.

Bir neçə il öncə İslam Ölkələrinin paytaxtı seçilən və hazırda İslamiadaya hazırlaşan ölkəmizdə yenidən biriləri bu problemi “qaşımaq” istəyirlər. Belə ki, artıq yeni tədris ilinin başlaması ilə bir sıra orta təhsil müəssisələrində məktəblilərə hicabla dərsə gəlmə qadağasının qoyulduğu xəbərləri artmaqdadır.

Yenicag.az-a daxil olan məlumatda deyilir ki, bir sıra rayonların təhsil şöbələrinin müdirləri direktorları toplayaraq, hicabla bağlı nazirin yeni və gizli əmrinin olduğunu bildiriblər. Qeyd olunub ki, respublikanın bütün orta təhsil müəssisələrində şagirdlərin məktəbə hicabla gəlməsinə qadağa qoyulub və buna əməl edilməlidir. Həmin qız uşaqlarının hüquqlarının pozulması, stress keçirməsi və cəmiyyətdə özlərini müdafiəsiz hiss etmələrinə gətirib çıxaran bu qərar veriləcək reaksiyaya görə, tətbiq ediləcəkdir.

Haşiyə: Dövlət dinindən, . . . əqidəsindən . . . asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını dini, əqidə, . . . mənsubiyyətinə görə məhdudlaşdırmaq qadagandır.

(AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 25, bənd 3)

Heç kəs öz fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 47, bənd 2)

Heç bir halda heç kəs din, . . . və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 4)

Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 5)

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının …… təmin edilməsi dövlətin ali məqsədidir. (AR Konstitusiyası, 1-ci Bölmə, 2-ci fəsil, maddə 12, bənd 1)

Eyni zamanda Təhsil qanununun 5.2-ci maddəsinə əsasən kimliyindən, əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmalı, ayrı-seçkiliyə yol verilməməlidir.

Təhsil qanununun 32-ci maddəsinə görə isə təhsil alanların ləyaqətini, şərəfini alçaldan, hüquqlarına zidd olan hərəkətlərdən müdafiə olunmaq hüququ vardır.

Qeyd olunur ki, yeni qayda hicabın vahid məktəbli geyiminə zidd olması kimi qələmə verilir. Halbuki hicab bir dinin atributudur və insanların mənəviyyatı ilə əlaqədardır. Yəni, vahid məktəbli forması ilə hicabı müqayisə etməyin özü qüsurludur.

Bildirilir ki, əsasən Gəncə, Sumqayıt, Xətai, Hacıqabul və digər yerlərdə hazırda bu əmrlə bağlı göstərişlər verilib. Ancaq bir sıra məktəb direktorları seçki öncəsi bunun riskli olacağını bildirərək, kütləvi şəkildə deyil, hicablılarla fərdi danışıqlar apararaq, bu işin içindən çıxmaq istəyirlər.

Qeyd edək ki, bir müddət öncə Sumqayıtda Aslanlı Türkan və Fatimə bacıları hicablı olduqları üçün məktəbə buraxılmadıqlarına dair məlumat yayılmışdı. Azadxeber.net saytının xəbərinə görə, Sumqayıt şəhərində yerləşən 37 saylı tam orta məktəbin direktoru Elşad Eyvazov şagirdlərə əngəl yaradır. Bu barədə  Türkan və Fatimənin valideyni Hicran Aslanova məlumat verib. Direktor məcbur edir ki, şagirdlər məktəbə daxil olarkən hicablarını açsınlar. Onlar da çıxılmaz duruma düşdükləri üçün sinif otağında hicablarını açırlar. H.Aslanova yeni dərs ilində analoji problemin baş verəcəyini deyib.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Təhsil Nazirliyinə dəfələrlə zəng etsək də, telefonumuza cavab verən olmadı. Təəssüf ki, Bayram Hüseynzadənin dönəmində təməli atılan “media ilə sıfır əməkdaşlıq” problemi hələ də davam etməkdədir.

 

 

www.yenicag.az

5822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv