Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir

“2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin 2020-ci il üçün nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənovun sözlərinə görə, ümumilikdə 67 nəfər sənəd verib ki, onlardan da 45 nəfəri müsahibə mərhələsinə buraxılıb. M.Həsənov bildirib ki, 34 nəfər müsahibə mərhələsində müsbət, 8 nəfər mənfi nəticə alıb, 2 nəfər şəxsi məsələlərə görə imtina edib.

Ümumilikdə onlar 11 ölkənin 22 ən nüfuzlu universitetlərində doktoranda təhsili hüququ qazanıb. Proqram iştirakçılarının qəbul olduğu ölkələr Türkiyə, Almaniya, Birləşmiş Krallıq, İtaliya, Belçika, ABŞ, Fransa, Rusiya, Niderland Krallığı və Lüksemburq olub: “Onların bəziləri həmin ölkələrdə təhsil alanlar olub. Əsas təbiət ixtisasları üzrə (26%) tətqiqat sahəsinə görə müraciət olub. 9 yerli ali təhsil müəssisəsi bu prosesdə iştiraka qoşulub. Proqram iştirakçıları “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində təhsillərini bitirdikdən sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisələrində fəaliyyətə cəlb ediləcəklər”.

Loading...

www.yenicag.az

305
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100